İtaliyada milyonçu qəzet köşkünü yarmaq istəyib
13 Avqust 2010 Cümə 19:15
Biznesdə bəxti gətirməyən italyan heç soyğunçuluğu da bacarmayıb.
İtaliyada maliyyə çətinlikləri ilə üzləşən 49 yaşlı milyoner Çalz Tomas Uerren adlı şəxs qəzet köşkü və apteki yarmaq istəyib. Əvvəllər Milanda toy və digər təmtəraqlı mərasimlərin təşkil olunması ilə məşğul olan sahibkarın son zamanlar işləri qaydasında olmadığından o bu addımı atmağa qərar verib. Cib bıçağı ilə qəzet köşkü və aptekə hücum edən şəxs burda da uğursuzluğa düçar olub. Əvvəlcə kioskdan, sonra da aptekdən qovularaq çölə atılan şəxsin yaxalanması üçün əraziyə polis çağırılıb. Hazırda 49 yaşlı şəxs ev dustağına çevirilib və ona yaşadığı mənzili tərk etmək qadağan edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar