İtaliyada matəm elan olunub
10 Aprel 2009 Cümə 15:00
Ölkədə zəlzələ zamanı həlak olanların dəfn mərasimi keçirilir

Bu gün İtaliyada matəm elan olunub. İtaliyada aprelin 6-da Abrutso əyalətində zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilir. Bütün ölkə boyunca dövlət bayraqları endirilib, bayraqlara qara lentlər bağlanıb. Buna paralel olaraq təbii fəlakət zamanı həlak olanların dəfn mərasimi  keçirilir. İtaliyanın yüksək dövlət rəsmiləri bu münasibətlə zəlzələnin viran qoyduğu Akvila şəhərinə gələcək. Şəhərdəki kilsədə keçiriləcək dəfn mərasiminə Vatikanın dövlət katibi rəhbərlik edəcək. Son məlumatlara görə, zəlzələdə  ölənlərin sayı 287 nəfər təşkil edib ki, onlardan da 20-si uşaq və yeniyetmədir. Lakin xilasetmə işləri davam etdiyindən və müntəzəm olaraq dağıntılar altından sakinlərin cəsədləri aşkar edilərək çıxarıldığından bu, son rəqəm deyil./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar