İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş konsert keçirilib
21 Dekabr 2011 Çərşənbə 05:26
İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik günü
İtaliyanın Milan şəhərində Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və Milanda fəaliyyət göstərən “Azəri” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş konsert keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən xəbərdə deyilir ki, Milan Dövlət Universitetinin binasında keçirilmiş konsertdə gənc italyanlı ifaçılar Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər. Konsert proqramı qonaqların böyük marağına səbəb olub.
“Azəri” Mədəniyyət Assosiasiyasının rəhbərlərindən biri, İtaliyada yaşayan azərbaycanlı musiqi müəllimi Nəzakət Nuriyeva tədbirdə çıxış etmiş, iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən etibarən keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik günü barədə məlumat verib.
Tədbirin sonunda iştirakçılara Azərbaycan şirniyyatları və İtaliyan dilində nəşr olunmuş Azərbaycan haqqında jurnal və kitablar təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar