İtaliyada dönər-kabab qadağan olundu
09 Avqust 2011 Çərşənbə Axşamı 12:28
Bu qida növü yerli ənənələrə zidd hesab olunub
İtaliyanın şimalında yerləşən Çittadella şəhərinin meri bu yaşayış məntəqəsinin mərkəzində dönər-kabab satışını qadağan edib. ANS PRESS-in "Europe1" radiostansiyasına istinadən verdiyi xəbərə görə, şəhər meri Massimo Bitoççinin sözlərinə görə, bu qida növü yerli ənənələrə ziddir.
O bildirib ki, bu cür fast-fud yeyən insanlar şəhərin tarixi görkəmini korlayırlar. "Əgər kimsə dönər-kabab yemək istəyirsə, qoy bunu Çittadellanın mərkəzindən kənarda eləsin", - deyə Bitoççi bildirib.
Mer Massimo Bitoççi "Şimal liqası" millətçi partiyasının üzvüdür. Bu partiya indiki İtaliya baş naziri Silvio Berluskoninin müttəfiqidir.
DOSTLARINLA PAYLAŞ: