İtaliyada batan gəminin kapitanı sahildəki dostunu salamlamaq istəyirmiş
19 Yanvar 2012 Cümə Axşamı 11:49
Kapitan naviqasiya səhvini etiraf edib.
Bir neçə gün əvvəl qəza baş vermiş İtaliyanın "Kosta Konkordia" səyahət gəmisinin kapitanı naviqasiya səhvinə yol verdiyini etiraf edib. Kapitan Françesko Skettino tədqiqatçılara bildirib ki, möhtəşəm gəmi adaya yaxınlaşarkən geri dönməyi gec əmr edib. İtaliya kütləvi informasiya vasitələri bu barədə məlum yayıb.
Françesko Skettinonun sözlərinə görə, Aralıq dənizində səyahətin ilk günündə "Kosta Konkordia"nın marşrutu Roma yaxınlığındakı limanı tərk edərkən müəyyənləşdirilib. Onun sözlərinə görə, Tuskan adasında evi olan keçmiş kapitanı salamlamaq üçün Cilio adası yaxınlığından üzməyi qərara alıb. "Kosta Konkordia" gəmisinin sahibi isə müəyyən edilmiş marşrutun dəyişdirilməsinə icazə verilmədiyini demişdi.
Pis hava şəraiti və gəminin hərəkət etməsi ilə əlaqədar itkin düşənlərin axtarışı ötən gün dayandırılsa da, onun bərpa olunması planlaşdırılıb. Ərazidə ekoloji çirklənmə təhlükəsi də hələ yüksəkdir. Gəmidəki çənlərdən yanacağın çəkilməsi üzrə işin başlaması da yubanır.
Xatırladaq ki, göyərtəsində 4200-dək insan olan gəminin İtaliyanın Cilio adası yaxınlığında sualtı qayaya çırpılması nəticəsində 11 nəfər ölüb, 28 nəfər hələ də itkin hesab edilir.
DOSTLARINLA PAYLAŞ: