İtaliyada anti-sistem fəalları ayağa qalxdı
31 Oktyabr 2013 Cümə Axşamı 20:12
Maskalanmış gənclər polis yumurta atəşinə tutub.
İtaliyada paytaxt Romanın mərkəzində İtaliyalı anti-sistem fəallarının hökümət islahatlarına qarşı aksiyası polislə toqquşmalara səbəb olub. Ailələrin evlə təmin olunması proqramlarının müdafiəsinə qalxan etirazçılar nümayişə dinc başlasa da, polis kordonları yüzlərlə fəalın qarşısını kəsdikdən sonra, ara qarışıb.

Etirazçılar polisi yumurta atəşinə tutub, bundan başqa onların üzərin şüşə qablar və digər bərk əşyalar atıb .Əraziyə yeridilən hərbi polis etirazçıları geri çəkmək üçün gözyaşardıcı qaz tətbiq edib.

Yerli italiya mediası toqquşmalar nəticəsində azı 6 nəfərin xəsarət aldığını bildirib. Toqquşma İtaliya hökümət binası yaxınlığında baş verdiyindən ərazini əlavə polis qüvvələri qoruyub.

Qeyd edək ki, İtaliyada anti-sistem fəalları müntəzəm olaraq oxşar aksiyalar keçirir, etirazçılar bununla hökümətdən sosial proqramların genişləndirilməsini və sərt iqtisadi islahatların yüngülləşdirilməsini tələb edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar