İtaliyada 100 qəzet bağlanacaq
06 Yanvar 2012 Cümə 04:28
Bu addım 4 000 nəfərin də işsiz qalması ilə nəticələnəcək.
İtaliyada iqtisadi böhran tədbirləri çərçivəsində 100-ə yaxın qəzet və jurnalın bağlanacağı bildirilib. Buna səbəb hökumətin mətbuat üçün ayırdığı fomda məhdudiyyət qoyulmasıdır. Məlumata görə, bu, 4 000 nəfərin də işsiz qalması ilə nəticələnəcək. Bu səbəblə bağlanan ilk qəzet isə kommunistlərin “Liberazione” qəzeti olub. Qəzet artıq 1 yanvardan etibarən nəşr olunmur.
Qeyd edək ki, keçən il İtaliyada hökumət mətbuata 53.5 milyon avro pul ayırmışdı. 2012-ci ildə isə bu məbləğin 70 faizə qədər azaldılması nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: