İtaliya Yəməndəki səfirliyinin fəaliyyətini dayandırır
01 İyun 2011 Çərşənbə 02:38
XİN: “Sənada Avropa səfirlikləri üçün təhlükə mövcuddur”
İtaliya hakimiyyəti Yəməndəki səfirliyini müvəqqəti olaraq bağlayıb və Sənadakı diplomatlarını geri çağırıb. “Reuters” agentliyinin İtaliya XİN-ə istinadən yaydığı məlumata görə, bu addım Yəməndə, xüsusilə, paytaxtda zorakılığın yayılması ilə əlaqədar atılıb.

“Sənadakı vəziyyət çox gərgindir. Avropa səfirlikləri üçün, xüsusilə, İtaliya səfirliyinin yerləşdiyi rayonda təhlükə mövcuddur”, - İtaliya XİN-in nümayəndəsi Maurisio Massari bildirib.

Qeyd edək ki, Yəməndə 30 ildir ölkəyə rəhbərlik edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə etiraz aksiyaları fevralın əvvəllərindən keçirilir. Qərb KİV-inin məlumatına görə, iğtişaşlar və silahlı toqquşmalar nəticəsində yüzlərlə adam həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar