İtaliya: ümumxalq tətilindən kütləvi dava-dalaşa
07 Sentyabr 2011 Çərşənbə 00:57
Ölkənin bir sıra şəhərlərində toqquşmalar baş verib
İtaliyada həmkarlar ittifaqlarının ümumxanlq tətili polislə toqquşmalara çevrilib. Ölkənin müxtəlif şəhərlərində kütləvi iğtişaşlar baş verib. Romada etirazçı kütlə bankların binalarına tüstü şaşkaları və fişəng atıb. Kütləni sakitləşdirmək istəyən asayiş keşikçilərinə isə yumurta atılıb. Neapolda küçə toqquşmaları nəticəsində 8 polis əməkdaşı xəsarət alıb.

İyulun əvvəllərində Silvio Berluskoni hökuməti büdcə vəsaitlərinin sərt iqtisadiyyatı proqramını qəbul edib. Proqrama görə, dörd il ərzində büdcə 47 milyard avro azalmalıdır.

Ölkə hakimiyyətinin qərarı italiyalıların kütləvi narazılığına səbə olub. Çünki büdcə vəsaitlərinə qənaətin sosial dotasiyaların azaldılması, vergilərin artırılması, büdcə işçilərinin maaşlarının, o cümlədən, həkim və müəllimlərin maaşlarının azaldılması hesabına aparılması nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar