Böyük Səkkizliyin bu gün İtaliyanın Akvila şəhərində keçirəcəyi sammitlə əlaqədar olaraq ölkə müvəqqəti olaraq Şengen razılığından çıxıb. Mignews-un verdiyi məlumata görə, hava, dəniz və quru sərhədlərdə olan bütün nəzarət–buraxılış məntəqələrində yoxlamaları bərpa edib.
Bu tədbirlər iyulun 15-nə qədər davam edəcək sammitin təhlükəsizliyinə təminat vermək məqsədi daşıyır. Sammit bitdikdən sonra italiya yenə də Şengen zonasına aid olacaq. Qeyd edək ki, analoji tədbirlər 2001–ci ildə Böyük Səkkizliyin Qenunda keçirdiyi sammitində də görülüb.
Xatırladaq ki, iyunun 25-də Avropa Şurası Şengen ölkələri üçün ümumi olan Avropa Birliyinin viza kodunu təsdiqləyib. Burada Şengen zonasına daxil olan ölkələrinin qısamüddətli, yəni üç aydan çox olmayan vizaların verilmə qaydaları və üsullarını əks etdirir. İndi Şengen vizasını almaq üçün əl izlərini göstərmək lazımdır. Vizanın qiyməti isə 60 avrodur. /ANS PRESS/