İtaliya İranı zorakılığı dayandırmağa çağırıb
21 İyun 2009 Bazar 20:55
Roma həmçinin düşünür ki, rəsmi Tehran müxalifətlə görüşməlidir

İtaliya İranı seçkilərin nətijələrinə etirazla bağlı yaranmış zorakılığı dayandırmaq üçün təcili, amma dinc tədbirlər görməyə çağırıb.

İtaliya Xarici İşlər Nazirliyinin (XİN) təmsilçiləri həmçinin düşünürlər ki, rəsmi Tehran müxalifətlə görüşməlidir.

"Associated Press"in məlumatına görə, İtaliya XİN-i həm də qeyd edib ki, İranın müstəqiliyinə hörmət edir və onun regionda oynadığı rolu anlayır. Buna görə də, problemin bütün iranlıları qane edən həllini tapmaq gərəkdir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar