İtaliya hərçilərini geri çağırmaq istəyir
18 Sentyabr 2009 Cümə 04:10
Silvio Berluskoni: “Artıq bu istiqamətdə fəaliyyətə başlasaq da, qərarı birtərəfli qaydada qəbul etməyəcəyik”
İtaliya öz hərbçilərini Əfqanıstandan mümkün qədər tez geri çağırmaq istəyir. Bunu İtaliyanın baş naziri Silvio Berluskoni Brüsseldə jurnalistlərə açıqlamasında bəyan edib. Lakin o bildirib ki, bu barədə qərar birtərəfli qaydada qəbul edilməyəcək.
Silvio Berluskoninin sözlərinə görə, İtaliya Əfqanıstandakı hərbi kontingentində əhəmiyyətli ixtisar aparmağı planlaşdırır. Rəsmi Roma artıq bu istiqamətdə fəaliyyətə başlayıb.
DOSTLARINLA PAYLAŞ: