İtaliya “Eurovision”a qayıdıb
03 Dekabr 2010 Cümə 11:00
İTALİYA
Müsabiqədə iştirak edəcək ölkələrin müraciəti yekunlaşıb

Bakı. Ülkər Qasımova – APA. İtaliya 13 illik fasilədən sonra yenidən “Eurovision” müsabiqəsinə qayıdıb. Avropa Yayım Birlyinin (EBU) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İtaliyanın RAİ televiziya kanalı Almaniyanın Düsseldorf şəhərində keçiriləcək yarışmada iştirak etmək qərarını rəsmən açıqlayıb.

Artıq “Eurovision-2011” müsabiqəsinə iştirakçı ölkələrin müraciəti də yekunlaşıb. Müraciət edən ölkələr arasında İtaliya da var.

“Eurovision TV”nin direktoru Yorgen Frank İtaliyanın uzun fasilədən sonra müsabiqəyə qayıtmasından şad olduğunu söyləyib: “13 il ərzində bu müsabiqədə çox dəyişiklik olub. Əminəm ki, İtaliya Düsseldorf səhnəsində bütün Avropanı yenidən özünə heyran edəcək”.

Qeyd edək ki, İtaliyanın “Eurovision” müsabiqəsində çox zəngin ənənəsi var. Bu ölkə iki dəfə - 1964 və 1990-cı illərdə müsabiqədə birincilik qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar