İtaliya da parçalanır
22 Mart 2014 Şənbə 22:25
Venesiyanın paytaxtı Veneto sakinləri İtaliyanın tərkibindən çıxmaq istəyir.
İtaliya hökuməti çətin vəziyyətə düşüb.

Venesiyanın paytaxtı Veneto sakinləri İtaliyanın tərkibindən çıxmaq istəyir.

ANS PRESS-in məlumatına görə, bununla bağlı Venetoda internet referendum keçirilib. Referendumda verilən sual belə olub: “Venetonun müstəqil və suveren federeativ respublika olmasını istəyirsinizmi?”.

Referendumda iştirak edən sakinlərdən iki milyondan çoxu (səsverənlərin 89%-i) müstəqil Veneto respublikasının yaranmasını dəstəkləyib. Səsvermənin nəticəsi ilə əlaqədar elektron səsvermənin təşəbbüskarları İtaliyadan ayrılaraq müstəqil respublika yolundakı prosedurun başlanğıcını elan edib. Bundan başqa Venetonun İtaliyadan ayrılması üçün rəsmi şəkildə referendumun keçirilməsi ilə bağlı layihə hazırlamağa başlayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar