İtaliya borc içində batır
15 İyun 2010 Çərşənbə Axşamı 11:20
İtaliyanın dövlət borcu 1 trilyon 8212 milyard avroya çatıb.
İtaliyanın dövlət borcu 1 trilyon 8212 milyard avroya çatıb. Bu barədə İtaliyanın ANSA agentliyi Dövlət Bankının Statistika İdarəsinə istinadən məlumat yayıb.
İqtisadi böhranla əlaqədar olaraq büdcəyə vergi daxilolmaları 1.8 faiz azalıb. Yəni dövlət büdcəsində vəsait 2 milyard avro azalıb. Bu da ölkənin maddi vəziyyətini günbəgün pisləşdirir.
2009-cu ilin nəticələrinə görə, İtaliyada ümümi daxili məhsuldan daxil olan vəsaitin defisiti 5.3 faiz olub. Hakimiyyətdə düşünürlər ki, ölkənin çətin durumdan çıxması üçün hökumət Yunanıstanda olduğu kimi “sərt iqtisadi” yollara əl atmalıdır. Onlar düşünürlər ki, büdcə kəsirləri ilə bağlı atılacaq addımlardan əhalinin böyük hissəsi zərər görməyəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: