İtaliya baş nazirinin məhkəmə prosesi təxirə salınıb
06 Aprel 2011 Çərşənbə 14:54
Səbəb Silvio Berluskoninin dinləmədə iştirak etməməsidir
Yeniyetmə qızlarla cinsi əlaqədə ittiham olunan İtaliyanın baş naziri Silvio Berluskoninin işi üzrə bu gün Milanda başlayan məhkəmə prosesi cəmi yeddi dəqiqədən sonra mayın 31-ə təxirə salınıb. Silvio Berluskoni və Rubi ləqəbli Mərakeşli yeniyetmə qızın dinləmədə iştirak etməməsi ilə əlaqədar bu qərar çıxarılıb. Silvio Berluskoninin həmin vaxt Romada İtaliya nazirlər kabiteninin Liviya ilə bağlı iclasını keçirdiyi bildirilir.

Qeyd edək ki, bu, Silvio Berluskoniyə qarşı irəli sürülən ittihamlar üzrə keçirilən dinləmələrdən birincisi olub.

Xatırladaq ki, İtaliyanın baş naziri maliyyə fırıldaqçılığında da ittiham olunur. Silvio Berluskoni isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar