İtaliya 13 illik fasilədən sonra Eurovisiona qayıdır
04 Dekabr 2010 Şənbə 01:30
Bu ölkəni müsabiqədə Natali Cannitrapani təmsil etməlidir
İtaliya gələn il mayın 10-14-də Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində iştirak üçün müraciət edib. İtaliya bu beynəlxalq müsabiqədə 13 il idi iştirak etmirdi

Avropa Yayım Birliyinin (AYB) departament direktoru Yorgen Frank bildiriö ki, uzun müddətdir İtaliyanın müsabiqəyə qayıdışı ilə bağlı səylər göstərilir: “Biz italiyalı həmkarlarımızın müsabiqəmizə marağının bərpasını böyük kompliment kimi qəbul edirik və son 13 il ərzində müsabiqənin necə dəyişildiyini onlara göstərmək imkanını səbirsizliklə gözləyirik. Əminəm ki, onlar təəccüblənəcəklər”.

İtaliya ilk “Eurovision” müsabiqəsinin yeddi iştirakçısından biri olub. Bu ölkə şounun milli teleefirdəki reytinqinin aşağı olmasını əsas gətirərək, 1998-ci ildə müsabiqədə iştirakdan imtina edib. İtaliyalı müğənnilər “Eurovision”da iki dəfə qalib olub-1964 (Cilyola Çinkvetti) və 1992-ci (Toto Kutunyo) illərdə qalib gəliblər.

“Rai2” telekanalının direktoru Massimao Liofredinin məlumatına görə, 2011-ci ildəki namizədin Natali Cannitrapaninin olacağı ehtimal edilir. Onun 31 yaşı var, Romada anadan olub. Atası tunisli, anası isə belçikalıdır. 13 yaşından mahnı oxuyur. Natali Cannitrapani müsabiqədə ingilis dilində mahnı ifa edəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar