İsveçrəlilər hərbi xidmətə gedəcəklər
22 Sentyabr 2013 Bazar 18:57
Referendumda iştirak edənlərin 82 %-i məcburi hərbi xidmətin davam etməsinin tərəfində olduqlarını bildiriblər.
İsveçrədə məcburi əsgərliklə bağlı keçirilən referendumun nəticələri bəlli olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ümumxalq sorğusunun yekunlarına əsasən, ölkə vətəndaşları məcburi əsgərliyə davam edəcək. Seçicilər təklif edilən qanunun əleyhinə səs veriblər. İsveçrəlilər ölkəyə gələnlərə və ölkədən gedənlərə seçkidə iştirak etmək və seçilmək hüququnun əleyhinə olublar.

Əhali epidemiya və yanacaq doldurma məntəqələrindəki məhsul müxtəlifliyi ilə bağlı sorğuya isə müsbət rəy verib. Məlumatlara görə, referendumda iştirak edənlərin 82 %-i məcburi hərbi xidmətin davam etməsinin tərəfində olduqlarını bildiriblər. Ümumilikdə səs vermə hüququ olanların 50% -dən çoxu referendumda iştirak edib. Seçkinin dəqiq nəticələri sabah açıqlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar