İsveçrədə şirniyyat rekordu yenilənib
24 May 2010 Bazar Ertəsi 02:10
Gigiyenik nəzarətdən sonra rekord rəsmi olaraq təsdiq edilib və Ginnesin rekordlar kitabına daxil edilib.
İsveçrədə dünyanın ən böyük “Tiramisu” şirniyyatı hazırlanıb. ANS PRESS “Milliyet” qəzetinə istinadən xəbər verir ki, şirniyyat 155 könüllü aşpazın iştirakı ilə 14 saata İsveçrənin Porrantryui şəhərində hazırlanıb.
Hündürlüyü 8 cm olan və 50 kvadratmetrlik məkanda yerləşdirilən şirniyyatın hazırlanması üçün 799 kq маsкаrpоnе pendiri, 6 min 400 yumurta, 350 litr krem, 189 kq. şəkər, 300 litr qəhvə, 35 kq kakao, 66 litr likor və 64 min peçenyedən istifadə olunub.
Gigiyenik nəzarətdən sonra rekord ötən gün axşam rəsmi olaraq təsdiq edilib və Ginnesin rekordlar kitabına daxil edilib.
Qeyd edək ki, şəhərdə daha əvvəl 2007-ci ildə 782 kq ağırlıqda tiramisu şirniyyatı hazırlanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: