İsveçrədə dünyanın ən bahalı evi tikilib
12 Avqust 2011 Cümə 15:12
İsveçrədə planetin ən bahalı evinin tikintisi başa çatıb – dinozavr sümükləri, meteoritlər, tonlarla qızıl və platinin istifadə olunduğu evin qiyməti 12,2 mlrd. ABŞ dollarına çatır.


«APA-Economics»in «Business Insider»ə istinadən verdiyi məlumata görə, memar Stüart Xyuzun başçılığı ilə «ExklusivHaus» şirkəti tərəfindən inşa edilən ev İsveçrədə, Çuq gölünün sahilində 2 442 kv. m sahədə yerləşir. Evin yaşayış sahəsi 752 kv.m-dir. Burada 388 kv.m-lik terras, 245 kv.m-lik çaxır anbarı, həmçinin evdə 4 qaraj və zirzəmi var.

Lakin evin tikintisinə belə nəhəng məbləğin xərclənməsi onun ölçüləri və ya yerləşdiyi ərazi ilə deyil, burada qeyri-adi tikinti materiallarının istifadəsi ilə bağlıdır. Evin təmirinə 200 ton qızıl və platin istifadə olunub, yerə isə meteorit daşları və əsl tirannozavr sümüklərindən ibarət plitələr döşənib. Bu materialların tarixi dəyərini təsəvvür etmək üçün bircə onu demək kifayətdir ki, sümüklərindən istifadə olunan dinozavr 65 milyon il bundan əvvəl yaşayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar