Dövlet her bir heddi-büluğa çatmış vetendaşına aylıq 2800 dollar ödeyecek.
İsveçrə sakinləri öz utopik ideallarına qismən yaxınlaşıblar. ANS PRESS-in Ruisya mətbuatına istinadən verdiyi xəbərə görə, Ölkədə “əsas gəlir hüququ” haqqında referendum keçiriləcək. Buna uyğun olaraq hər isveçrəli aylıq 2500 İsveçrə frankı əmək haqqı alacaq. Bu da təxminən 2800 dollar edir.
Referendumun təşəbbüskarları məsələnin ümumi müzakirəyə çıxarılması üçün təxminən 126 min imza toplayıblar. Bu hadisəni qeyd etmək üçün, onlar Berndə parlament binasının qarşısına vətəndaşların sayına uyğun olaraq 8 milyon sikkə ilə dolu yük maşını gətiriblər.
Bayramın sonuna kimi sikkələrin çox hissəsini götürmüşdülər. Amma bu şounun təşkilatçılarını məyus etməyib. İsveçrədə orta aylıq əmək haqqı 4 min dollar təşkil edir. Bu da dünyada ən yüksək göstəricilərdən biridir.
Əgər ölkə sakinləri referendumda müsbət qərar qəbul etsələr, dövlət hər bir həddi büluğa çatmış vətəndaşına aylıq 2800 dollar ödəyəcək. Təşəbbüskarların fikrincə, bu vətəndaşların iqtisadi təhlükəsizliyini təmin edəcək.