İsveçrə Suriyanı sərt cəzalandırdı
03 İyul 2011 Bazar 20:06
İsveçrə Suriyanı sərt cəzalandırdı. 27 milyon frank və ya 31,8 mln dollar həcmində olan maliyyə aktivləri dondurulub.
İsveçrə Suriyanın ali rəhbərliyi il bağlı 27 milyon frank (31,8 mln dollar) olan bütün maliyyə aktivlərini dondurub. “Associated Press”in verdiyi məlumata görə, bundan başqa, suriyalı rəsmilərin İsveçrə ərazisində yerləşdirilən bütün aktivlər də dondurulub. Bu barədə xəbəri İsveçrə İqtisadi Məsələləri üzrə dövlət katibliyinin mətbuat sözçüsü Antye Berçi də təsdiqləyib.
İsveçrəli mətbuat sözçüsü etiraf edib ki, bu tədbirlər Avropa Birliyinin Suriya prezidenti Bəşər Əsədə qarşı tətbiq etdiyi qadağalar çərçivəsində görülüb.
Qeyd edək ki, hazıra İsveçrə ərəb liderlərinin bütün aktivlərini “qıfıllayıb”. Belə ki, Liviya lideri Müəmmar Qəddafinin 767 milyon dollar, Misirin sabiq dövlət başçısı Hüsnü Mübarəkin 484 milyon dollar, Tunis eks-prezidenti Zin əl-Abidin ben Əlinin isə 70 milyon dollar həcmində olan aktivləri dondurulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: