İsveçrə Mübarəkin bank hesablarını dondurub
19 Fevral 2011 Şənbə 19:39
Mübarəklərin bütün mövcud hesablarının istifadəsinə qadağa qoyulub.
İsveçrə hökuməti Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin yaxın adamları və ailə üzvlərinin banklarda yatan çoxmilyonlu hesablarını dondurub.

Qeyd edək ki, bir müddət öncə İsveçrə hökuməti bəyan etmişdi ki, Mübarəklərin bütün mövcud hesablarının istifadəsinə qadağa qoyacaq.

Xatırladaq ki, Misirdə 82 yaşlı Hüsnü Mübarəkin istefası, eləcə də iqtisadi və siyasi islahatların keçirilməsi tələbi ilə kütləvi aksiyalar yanvarın 25-dən start verilmişdi. Talançılıq və yanğınlarla müşayiət olunan etirazlar nəticəsində 150 nəfərdən artıq insan həlak olmuşdu. Xalqın tələbinə boyun əymək məcburiyyətində qalan Misir prezidenti Hüsnü Mübarək isə fevralın 11-də istefa verib. Ölkəyə nəzarəti Misir Silahlı Qüvvələri üzərinə götürüb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar