İsveçrə İslama qadağa qoydu
29 Noyabr 2009 Bazar 19:35
İsveçrə İslama qadağa qoydu. Ölkə əhalisinin 59 faizi minarələrin əleyhinə çıxdı.
Bildiyiniz kimi bu gün İsveçrədə minarələrin ucaldılmasına qadağa qoyulması ilə bağlı referendum keçirilir. İlkin nəticələrə görə, isveçrəlilərin əksəriyyəti, daha dəqiq desək 59 faizi ölkələrində minarələrin inşasının qadağan olunmasını istəyir.

Ümumxalq səsverməsinin keçirilməsi təşəbbüsü parlamentdə əksəriyyət təşkil edən İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülüb. Partiya hesab edir ki, minarələr İsveçrənin islamlaşdırılması strategiyasının bir hissəsidir.

Lakin buna baxmayaraq ölkə hökuməti müsəlmanların tərəfindən çıxış edib və bu addımını qərarın dini və dinlərarası ədavətə gətirib çıxara biləcəyi ilə izah edib.

Qeyd edək ki, hazırda İsveçrədə 400 min müsəlman yaşayır, İslam isə xristianlıqdan sonra ikinci dindir bununla yanaşı ölkədə ümumilikdə cəmi dörd minarə ucaldılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar