İsveçrə bankrı Mübarəkə aid növbəti aktivləri dondurdu
26 İyul 2012 Cümə Axşamı 07:30
Dondurulan vəsaitin məbləği 700 milyon dollara yaxındır.
İsveçrə hökuməti banklarda Misirin sabiq prezidenti Hüsnü Mübarəkə və onun yaxınlarına məxsus yeni aktivləri aşkarlayıb və dondurub. Dondurulan vəsaitin məbləği 700 milyon dollara yaxındır. Bir qədər əvvəl Mübarəkin 414 milyon dollar vəsaiti bank hesablarında dondurulması barədə məlumat verilmişdi. Xatırladaq ki, 84 yaşlı Hüsnü Mübarək keçən ilin fevral ayında kütləvi nümayişlər nəticəsində hakimiyyətdən gedib. Bu ilin iyununda o nümayişçilərin kütləvi qətlində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar