İsveçde aktivist qadınlar hicablı xanımlara destek meqsedile aksiya keçirib.
İsveçdə aktivist qadınlar hicablı xanımlara dəstək məqsədilə aksiya keçirib. ANS PRESS-in
Xarici mətbuata istinadən verdiyi xəbərə görə, isveçli qadınlar hicablı xanımlara dəstək məqsədilə özlərinin hicablı şəkillərini Facebook sosial şəbəkəsində paylaşıblar. Aksiyaya qoşulanlar arasında siyasətçi və jurnalist xanımlar da var. Aksiyada məqsəd, müsəlman qadınlarının vəziyyətinə diqqət yönəltməkdir. Aksiyaya Stokholm yaxınlığında müsəlman qadına olan hücumdan sonra start verilib.
İsveçin hicab aktivistləri hadisədən sonra İsveç Ədliyyə naziri ilə də görüşüb.