İsveç şirkəti ayrı-seçkiliyə görə cəzalandırıldı
20 May 2010 Cümə Axşamı 20:40
Şirkət qadınlara 250 milyon dollar ödəyəcək.
ABŞ-da “Novartis” dərman şirkəti qadınlara qarşı ayrı-seçkiliyə görə 250 milyon dollar cərimələnib. Nyu York məhkəməsi İsveç şirkətini kişilərə nisbətən qadınlara daha az əmək haqqı və həvəsləndirmə tədbirləri tətbiq etməkdə təqsirli bilərək, 5 600 nəfər qadına ümumilikdə 250 milyon dollar ödəməsi barədə qərar qəbul edib.

İlkin olaraq məhkəmə bazar ertəsi 12 qadının qaldırdığı iddia tələbini təmin edərək şirkətin 3,3 milyon dollar təzminat ödəməsi barədə qərar verib. Bu qərardan sonra 5 588 qadının məhkəməyə müraciət etməsi üçün imkan yarandığından, məhkəmə bütün qadın işçilərə təzminat ödənilməsi barədə qərar qəbul edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar