İsveç sahillərində gəmi batıb
31 İyul 2009 Cümə 17:30
Buna səbəb güclü fırtına olub

 

Heyət üzvləri Rusiya və Ukrayna vətəndaşlarından ibarət olan Norveçə məxsus yük gəmisi “Langeland” bu gün axşam İsveç sahillərində batıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, qəza zamanı dənizdə güclü fırtına olub.

Norveç Meteoroloji İnstitutunun qiymətləndirməsinə görə, fırtınanın gücü 9 bal olub, küləyin sürəti isə saatda 75-88 kilometrə çatıb.

Gəminin göyərtəsində altı nəfər olub. Hadisə yerinə özünü yetirən xilasedicilər gəminin qalıqlarını və xilasedici jiletlər aşkar ediblər. Lakin dənizçiləri tapmaq nəsib olmayıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar