Göz yaşlarını silərək marşı oxumağa davam edən şagird müsabiqədə 2-ci yeri tutub.
Türkiyənin Ərzincan vilayətindəki məktəblərdən birində keçirilən “İstiqlal marşının səlis oxunması” müsabiqəsinin iştirakçısı 10 yaşlı qız hiçqırtı ilə ağlamağa başlayıb. Məlumata görə, İstiqlal marşının qəbul edilməsinin 92-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə 25 şagird iştirak edib. Müsabiqənin 10 yaşlı iştirakçısı Özgə Şölə Şəfəq marşı oxuyarkən ağlamağa başlayıb. Göz yaşlarını silərək marşı oxumağa davam edən şagird müsabiqədə 2-ci yeri tutub.