Moskvada podpolkovnik qəza törətdiyinə görə mülki vətəndaşlar tərəfindən döyüldü.
Ədliyyə Nazirliyinin İstintaq şöbəsinin podpolkovnikinin idarə etdiyi "Ford" avtomobili qoşqulu yük avtomobilinə çırpılıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskvanın Borovski şossesində baş verən qəzadan sonra razılığa gələ bilməyən avtomobilin sürücüsü ilə zabit arasında münaqişə yaranıb.
Məlumata görə, zabitin hərəkətlərindən qəzəblənən sürücü, onu möhkəm əzişdirib. Zabit sol almacıq sümüyünün sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardımdan sonra o, evə buraxılıb.
Sürücü zabiti döydükdən sonra qaçıb gizlənməyə nail olub. Onun saxlanılaraq istintaqa cəlb olunması üçün axtarışlara başlanılıb.