İsti hava ölkənin həyatını iflic edib
11 İyul 2010 Bazar 18:25
İran hökuməti istilərlə əlaqədar olaraq ölkədə 2 günlük tətil elan edib.
İran hökuməti ölkədə davam edən isti hava şəraiti ilə əlaqədar olaraq 2 günlük tətil elan edib. Temperaturun 40 dərəcədən artıq olduğu bu günlərdə tibb məntəqələri və banklardan başqa, bütün dövlət idarələri bağlı olacaq.

Hökumətin müraciətinə baxmayaraq, bəzi vətəndaşlar tətilin əslində Tehranın əsas bazarlarından birində vergi əleyhinə kütləvi tətil dalğasının qarşısını almaq məqsədi daşıdığını düşünür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar