İstanbulun mərkəzində atışma
26 Mart 2014 Çərşənbə 11:26
Polisin keçirdiyi əməliyyat zamanı silahlı insident baş verib.
Bu gecə Türkiyənin Ümraniye bölgəsində polislərə silahlı hücum olub. ANS PRESS-in Doğan Haber Agentliyinə məlumatına görə, polisin keçirdiyi əməliyyat zamanı silahlı insident baş verib.

Verilən məlumata görə, polis evlərin birinə basqın edib. Basqın zamanı, evdən polislərə atəş açılıb. Atılan güllələrdən biri polis rəisi Yusif Yavuz Alemdara dəyib. Rəisi qoruyan digər polislər Mustafa Ulukuş və Cengiz Hüsameddin də yüngülcə yaralanıb.

Atışma zamanı evdə olan 34 yaşlı Kənan Topçu ilə arvadı 34 yaşlı Elif Topçu da yaralanıb. Polis ərlə arvadı dərhal tutub. Lakin Kənan Topçunun vəziyyəti daha ağır olduğu üçün onu xəstəxanaya yerləşdiriblər. Çevik polis alayı həmin xəstəxananın qarşısında nəzarəti gücləndirib.

Araşdırmalar zamanı basqın olunan evin “Əl-Qaidə” terror təşkilatının üzvlərindən olan İhsan Topçu adlı şəxsə məxsus olduğu müəyyən olub. Polis həmin şəxsi saxlamaq üçün evə basqın edib. Lakin İhsan Topçunun hazırda Suriyada döyüşdüyü məlum olub.

Lakin polisin əməliyyatına mane olan İhsanın qardaşı Kənan və həyat yoldaşı saxlanılıb. Əməliyyat zamanı onların yaşyarımlıq qızları Zühra şkafda gizlənibmiş. Polis həmin uşağı nəzarətə götürüb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar