İstanbulun Ədliyyə binasında dəhşət
11 Mart 2014 Çərşənbə Axşamı 15:15
İstanbulun Çağlayan Ədliyyəsi binasına silahlı hücum olub. Boşanan tərəflər bir-birlərinə atəş açdılar: ölənlər var.
ANS PRESS-in məlumatına görə, silahlı insident zamanı bir nəfər qadın, bir nəfər də mühafizəçi olmaqla üç nəfər yaralanıb. Yaralı qadın və polis həkimlərin səyinə baxmayaraq dünyalarını dəyişiblfər.
Silahlı insidentdə əlindən yaralanan təhlükəsizlik xidməti əməkdaşı xəstəxanaya yerləşdirilib. Hücum zamanı istifadə edilən tapança hadisə yerindən götürülüb.
Hadisənin boşanan tərəflər arasında yaranmış mübahisə əsnasında meydana gəldiyi deyilir. Artıq Ədliyyə binasının giriş-çıxışları bağlanıb, geniş təhlükəsizlik təbirləri həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: