İstanbulun Boğaziçi körpüsü dağılır
02 Noyabr 2013 Şənbə 18:31
Baxımsızlıqdan xüsusilə nəqliyyatın sıx olduğu axşam və səhər saatlarında körpüdən daşlar qoparaq tökülür.
Türkiyənin ən məşhur şəhəri İstanbulun tanınmış Boğaziçi körpüsü dağılır. Körpünün baxımsızlıqdan dağıldığı bildirilir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, körpüdən daş parçaları qoparaq tökülməyə başlayıb.
Ötən il zəlzələyə qarşı gücləndirmə işləri aparılan körpüdə xüsusilə maşınlar çox olanda daş parçaları qoparaq 50 metrdən yüksəklikdən aşağı tökülür.
Daşlar İstanbulun Ortaköy adlı hissəsində parkda əyləşən insanların həyatı üçün təhlükə yaradıb. Xüsusən də nəqliyyatın sıx olduğu axşam və səhər saatlarında sağ və sol hissələri baxımsızlıqdan dağılır.
Bundan əlavə yağış sularının təsirindən körpünün məhəccərlərindədə çürümələr meydana gəlib.
Xatırladaq ki, Qaradənizlə Mərmərə dənizini bir-birinə bağlayan körpü 1970-ci ildə istifadəyə verilib. Hazır olan vaxtda dünyanın ən uzun asma körpüsü olan bu körpü hazırda iyirmi birinci sıradadaır.
DOSTLARINLA PAYLAŞ: