İstanbulun bələdiyyə başçısı: “Mənim babamı ermənilər öldürüb”
23 Aprel 2010 Cümə 12:25
“Mənim anam 4 yaşında olarkən atası ermənilər tərəfindən qətlə yetirilib. Amma bizim ailəmizdə heç vaxt ermənilərə qarşı düşmənçilik olmayıb.“
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, bu sözləri İstanbulun bələdiyyə başqanı Qədir Topbaş deyib. İstanbulda XX Beynəlxalq Sülh Parkının açılışına qatılan Q. Topbaş Bosniyadakı müharibə illərini xatırladaraq gələn il Beynəlxalq Sülh Parkının Bosniya-Herseqovinanın paytaxtı Sarayevo şəhərində yaradılmasını təklif edib.
Qeyd edək ki, Q. Topbaş Türkiyənin Gürcüstan sərhədinə yaxın Artvin bölgəsində dünyaya gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: