İstanbulu sel basıb
09 Sentyabr 2009 Çərşənbə 14:30
Türkiyənin ən böyük şəhərlərindən İstanbulun həyatı iflic olub
İstanbul son illərin ən böyük fəlakətini yaşayır. Gecəyarısı başlayan şiddətli yağışlar nəticəsində şəhərin həyatı iflic olub. Evləri su basıb, yollar bağlanıb. Sakinlər evlərin damının üstünə çıxaraq xilas olunmalarını gözləyirlər. Xilasetmə işlərinə vertolyotlar da cəlb edilib. Sel nəticəsində bir bina aşıb.

Mikroavtobusdan düşərkən sel aparan yeddi nəfər isə həyatını itirib. Sel altında qalan on qadından yalnız üçünü xilas etmək mümkün olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar