İstanbuldan Türkiyənin şərqinə xüsusi təyinatlı polislər göndərilir
07 Avqust 2010 Şənbə 03:55
İstanbul polis rəisi qərb vilayətlərində olan xüsusi təyinatlıların növbəli olaraq şərq regionuna gedib qayıdacaqlarını bildirib.
İstanbul polis idarəsinin tərkibində yaradılan xüsusi təyinatlı polislər Türkiyənin cənub-şərq və şərq vilayətlərinə göndərilir. İstanbul polis rəisi Hüseyn Çapkın xüsusi təyinatlıları yola salmaq üçün İstanbul “Atatürk” hava limanında olub və polislərlə bir müddət görüşüb. Çapkın qərb vilayətlərində olan xüsusi təyinatlıların növbəli olaraq şərq regionuna gedib qayıdacaqlarını bildirib. “Xüsusi vəzifə ilə müvəqqəti olaraq cənub-şərq regionuna gedirlər. Vəzifə müddəti bəzən 30, bəzən isə 45 gün davam edəcək. Demək olar ki, qərb vilayətlərində olan bütün əməkdaşlarımız növbə ilə gedəcəklər. Onları yola salmağa gəlmişəm. Sabah (bu gün) yola düşəcəklər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: