İstanbuldakı Çin konsulluğu qarşısında etiraz aksiyası keçirilib
27 İyul 2009 Bazar Ertəsi 02:45
Çinin uyqurlara qarşı siyasətinə etiraz edən nümayişçilər həmçinin Çin bayrağını da yandırıblar

Türkiyədə İstanbuldakı Çin konsulluğu qarşısında etiraz aksiyası keçirən uyğurlarla polis arasında qısa toqquşma olub. Uyğurlar polisin qurduğu səddləri yararaq konsulluğun darvazalarına yaxınlaşmaq istəyib. Nümayişçilər həmçinin Çin bayrağını da yandırıblar. Polis etirazçıları qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Polis aksiya iştirakçılarına sadəcə Çin konsulluğu qarşısına qara əkil qoymağa icazə verib. Etiraza səbəb çin hökümətinin uyğurlara qarşı apardığı siyasət olub. Xatırladaq ki, bu ayın əvvəlində Çində uyğurlarla xan mənşəli çinlilər arasında baş verən qarşıdurma sonda 200 nəfərin həlak olması ilə nəticələnib. Qeyd edək ki, Türkiyə geniş uyğur icmasının olduğu ölkələrdən biridir.  /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar