İstanbulda zəlzələ baş verib
26 İyul 2011 Çərşənbə Axşamı 00:31
Zəlzələ nəticəsində də dağıntı və insan təlafatı qeydə alınmayıb.
Türkiyənin Marmara dənizi hövzəsində zəlzələ baş verib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20.57-də (Bakı vaxtıyla 22.57) 5.2 bal gücündə qeydə alınıb. İstanbul, Ədirnə və Kırklarelində də hiss edilən zəlzələnin episentri Marmara dənizinin 8.4 km dərinliyi olub. Qeyd edək ki, bu zəlzələdən 20 dəqiqə sonra Marmara dənizində 2.7 bal gücündə növbəti zəlzələ baş verib. Hər iki zəlzələ nəticəsində də dağıntı və insan təlafatı qeydə alınmayıb. .anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar