İstanbulda yaşayan insan sayı 118 ölkənin əhalisindən çoxdur
13 Fevral 2010 Şənbə 07:15
Azərbaycan da əhalisi İstanbuldan az olan 118 ölkə siyahısına daxildir
Türkiyənin İstanbul şəhərinin əhalisi 118 ölkədə yaşayan insan sayını keçib. Bu, Türkiyə statistika komitəsinin (TÜİK) məlumatları və BMT əhali fondunun hazırladığı hesabat nəticəsində məlum olub. Rəsmi statistik məlumatlara görə, son iki ildə İstanbulun əhalisinə 341 min 322 nəfər əlavə olunub. İstanbulda yaşayan əhali sayının rəsmi rəqəmlərdə göstərildiyindən daha çox olduğu isə istisna olunmur.

Qeyd edək ki, İstanbul 12 milyon 915 min 158 nəfərlik sakini ilə əhalisinə görə, 118 ölkəni qabaqlayır. Xatırladaq ki, Azərbaycan da əhalisi İstanbuldan az olan 118 ölkə siyahısına daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar