İstanbulda polis məntəqəsinə hücum oldu
09 Dekabr 2012 Bazar 11:27
Atışma zamanı 1 polis və 1 hücumçu yaralanıb.
Türkiyənin İstanbul şəhərində polis məntəqəsinə silahlı hücum olub. Hadisə yerinə gələn İstanbul baş polis idarəsinin rəisi Hüseyin Çapkın naməlum şəxslərin əvvəlcə polis məntəqəsinə 1 ədəd əl qumbarası atdıqlarını, bundan sonra silahla atəş açdıqlarını bildirib. Onun sözlərinə görə, polislərin qarşılıq verməsi ilə atışma başlayıb. Atışma zamanı 1 polis əməkdaşı yaralanıb. Hücum edənlərdən birinin saxlandığı və onun qadın olduğu bildirilir.
Türkiyənin "İhlas" Xəbər Agentliyi hücumu həyata keçirən və yaralı olaraq ələ keçirilən qadının kadrlarını əldə edib. Həvəskar kamera tərəfindən çəkilən kadrlarda saxlanılan şəxsinə əlləri qandallı təcili tibbi yardım məntəqəsinə gətirilməsi görülür. İstanbul polisi hücum edən digər şəxslərin axtarışını davam etdirir.
DOSTLARINLA PAYLAŞ: