İlkin ehtimala görə, hadisə fəhlələrin səhlənkarlığı ucbatından baş verib.
Türkiyə İstanbul şəhərinin Bayrampaşa rayonundakı “Sarı dökümcüler” adlı sənaye müəssisəsində partlayış baş verib. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 21.00-də (Bakı vaxtıyla 23.00) meydana gəlib. Partlayış nəticəsində bir fəhlə ölüb, daha bir fəhlə isə xəsarət alıb. İlkin ehtimala görə, hadisə fəhlələrin səhlənkarlığı ucbatından baş verib. Belə ki, istehsalat sexindəki qazanın temperaturunun artırılması üçün əlavə ocaq yandırıldığı, ocağa boyaq durulaşdırıcı maye töküldüyü, partlayışın da bu vaxt baş verdiyi bildirilir.