İstanbulda “Jurnalistlərə azadlıq” mitinqi keçirilib
04 Noyabr 2011 Cümə 18:06
Türkiyənin İstanbul şəhərində “Jurnalistlərə azadlıq” mitinqi keçirilib.
 APA-nın məlumatına görə, İstanbulun Qalatasaray meydanında keçirilən mitinq “Jurnalistlərə azadlıq platforması” tərəfindən təşkil edilib.

Aksiyada çıxış edən “Jurnalistlərə azadlıq platforması”nın dönəm başqanı Ümit Gürtuna 94 jurnalist cəmiyyətinin dəstək verdiyi mitinqin 5 noyabrda Avropada keçiriləcək “Jurnalistika üçün ayağa qalx!” tədbirləri çərçivəsində keçirildiyini bildirib. Ü. Gürtuna jurnalistlərin həbsə girməsinə səbəb olan qanunlarda təcili dəyişikliklər edilməsi üçün hazırladıqları qanun layihələrini Türkiyə Böyük Millət Məclisinin sədrinə, baş nazirin mətbuat və informasiyaya cavabdeh müavininə, ədliyyə nazirinə və siyasi partiyalara göndərdiklərini deyib.

Mitinqin yekun bəyanatında uzun müddətdən bəri həbsxanada olan jurnalistlərin sərbəst buraxılması və media üzərindəki təzyiqlərə son qoyulması tələb edilib.

“Jurnalistlərə azadlıq platforması” növbəti etiraz mitinqini noyabrın 22-də keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar