İstanbulda İranın nüvə proqramına dair danışıqlar başa çatıb
15 Aprel 2012 Bazar 00:05
Rəsmi Tehranın “altılıq” ölkələri ilə növbəti görüşü Bağdadda keçiriləcək.
İstanbulda rəsmi Tehranın “altılıq” ölkələri ilə İranın nüvə proqramı ilə bağlı danışıqlar başa çatıb. “Danışıqlar konstruktiv atmsferdə keçib”, - Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ktrin Eşton bildirib. İstanbul görüşündə “altılıq” ölkələri nümayəndə heyətinə o rəhbərlik edirdi.
İran tərəfdən isə danışıqlara baş müzakirəçi, Mili Təhlükəsizlik üzrə Ali Şuranın katibi Səid Cəlili qatılıb.
Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton onu da deyib ki, İranın “altılıq” ölkələri ilə növbəti danışıqları mayın 23-də Bağdadda keçiriləcək. O, İranı bütün beynəlxalq öhdəliklərə əməl etməyə də çağırıb.
DOSTLARINLA PAYLAŞ: