İstanbulda İran-“altılıq” danışıqları başlayır
21 Yanvar 2011 Cümə 04:00
Analitiklər də, danışıqların tərəfləri də iki günlük görüşdən ciddi sıçrayış gözləmirlər.
Tehran və “altılıq” ölkələri (ABŞ, Rusiya, Çin Fransa Böyük Bbritaniya və Almaniya) arasında danışıqların növbəti mərhələsi bu gün İstanbulda başlayacaq. İstanbul danışıqlarında Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eşton, “altılıq” ölkələri xarici işlər nazirlərinin müavinləri və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Nə analitiklər, nə də danışıqlar prosesinin tərəfləri İstğambuldakı iki günlük görüşün gedişində sıçrayışa ümid edirlər. Lakin İranın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Əkbər Salehi bu günlərdə Ankarada bəyan edib ki, İran tərəfi danışıqları konstruktiv atmosferdə keçirmək niyyətindədir.
İranın nüvə problemi ilə bağlı bir illik fasilədən sonra keçirilən son danışıqlar ötən il dekabrın 7-də Cenevrədə olub. Ekspertlərin fikrincə, İranın danışıqlar masasına qayıtmağa razılaşmasının özü rəsmi Tehranın ciddi niyyətindən xəbər verir. İran ətrafında beynəlxalq vəziyyətin gərginləşməsi və sanksiyaların sərtləşdirilməsi ölkə rəhbərliyini siyasi çeviklik nümayiş etdirməyə və danışıqların bərpasına vadar edib.
Ekspertlər onu da qeyd edirlər ki, Tehran növbəti görüşlə ümidlə baxır. Bununla belə, İran tərəfi yalnız nüvə məsələsinin müzakirəsindən qətiyyətli imtina edir və onu özünün ayrılmaz hüququ sayır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İstanbulda bəyan edib ki. İranın nüvə proqramı gözlənilən görüşün yeganə mövzusu olmalmalıdır. Onun fikrincə, İstanbulda digər məsələlər, o cümlədən, sanksiyaların ləğvinin perspektivləri, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə daha effektli əməklaşlığının yolları, iqtisadi əlaqələr, eləcə də regional məsələlərlə bağlı əməkdaşlıq da müzakirə edilməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: