İstanbulda gərginlik bu səhər də davam etdi
02 Mart 2014 Bazar 11:44
Etirazçılar bank şöbəsini son sutka ərzində ikinci dəfə yandırıblar.
Türkiyənin İstanbul şəhərində hökumət əleyhinə etiraz aksiyası bu səhər də davas edib. ANS PRESS-in məlumatına görə, yerli vaxtla səhər saat 6-da Aksaray bölgəsində yenidən başlayan icazəsiz aksiya zamanı qarşıdurma baş verib. Aksiya iştirakçıları polisin müdaxiləsinə baxmayaraq, yerli banklardan birini son sutka ərzində ikinci dəfə yandırıblar.
Polis ona Molotoff kokteyli və daş atan aksiya iştirakçılarına gözyaşardıcı qaz və su şırnağı ilə müdaxilə edib. Yandırılan bank şöbəsinin binasını isə əvvəlcə toplu-müdaxilə maşını, sonra isə yanğınsöndürənlər söndürməyə çalışıb.
Hazırda İstanbulun Aksaray bölgəsində polislə icazəsiz aksiyanın iştirakçıları arasında gərginlik hələ də davam edir.
DOSTLARINLA PAYLAŞ: