İstanbulda Ermənistan bayrağı yandırıldı
26 Aprel 2010 Bazar Ertəsi 01:35
“Tarixdəki ən böyük soyqırımını amerikalılar törədib”
Türkiyə “Böyük Birlik partiyası” (BBP) İstanbul Taksim meydanında keçirdiyi etiraz aksiyasında Ermənistan bayrağını yandırıb. Aksiyaçı qrup adına çıxış edən BBP İstanbul şöbəsinin sədr müavini Muhiddin Açıcı, hər il 24 apreldə qondarma erməni soyqırımı adıyla dünyadakı bütün türklərə qarşı fəaliyyət aparıldığını deyib.
Əllərində “Asala” terror təşkilatı tərəfindən şəhid edilən türk diplomatların şəkillərini aparan aksiyaçı qrup “Allahu Əkbər!”, “erməni çaşma, səbrimizi daşdırma”, “1915-də gedən getdi, getdiyi gün bitdi” və s. şüarlar səsləndiriblər.
Aksiyaçılardan bəzilərinin əllərində isə Azərbaycan bayraqları və Azərbaycan xəritəsi olub.
Çıxışında ermənilərin Xocalıda törətdiyi soyqırımını xatırladan Muhiddin Açıcı tarixdəki ən böyük soyqırımını amerikalıların törətdiyini vurğulayıb.
Daha sonra aksiyaçılar gətirdikləri Ermənistan bayraqlarını benzin tökərək yandırıblar. Bəzi aksiyaçılar isə ermənilərin bayrağına tüpürüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: