İstanbulda ara qarışdı
03 İyun 2013 Bazar Ertəsi 01:28
Taksim meydanı savaş meydanına çevrilib.
İstanbulun Taksim meydanında gərginlik artır. ANS PRESS-in Milliyet-ə istinadən verdiyi məlumata görə, İstiqlal prospekti və Tarlabaşını döyüş meydanına çevirən etirazçılar zibil yeşiklərini çevirərək od vurublar. Polis isə öz növbəsində havaya fişəng ataraq etirazçıları ərazidən uzaqlaşdırmağa çalışır.

Bibər qazının təsirindən ara küçələrə səpələnən etirazçılar isə toplanaraq yenidən Taksimə doğru hərəkə edirlər. Polis helikopteri meydanın üzərində uçaraq əraziyə nəzarət edir. Polisin bibər qazı müdaxiləsindən sonra bir nəfər yaşlı şəxs huşunu itirərək yerə yıxılıb.

Həmin şəxs əraziyə gələn təcili tibbi yardım maşınına yerləşdirilərək xəstəxanaya göndərilib. Meydanda əmələ gəlmiş yanğını söndürmək üçün əraziyə gələn yanğınsöndürənlərdən bəziləri də qazdan zəhərləniblər. Yanğınsöndürənlərə ilkin yardımı yaxınlıqda olan jurnalistlər göstəriblər. Taksimdə gərginliyin hazırda davam etdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar