İstanbulda anti-terror aksiyası keçirilib
22 Oktyabr 2011 Şənbə 16:43
PKK hücumuna qarşı etiraz etmək üçün nümayişə 13 min adam toplaşıb.
Türkiyənin İstanbul şəhərində terror əleyhinə kütləvi nümayiş keçirilib. Hakkari və Çukurca bölgələrində PKK hücumuna qarşı etiraz etmək üçün 13 min adam İstanbulun Tuzla rayonundakı liseylərdən birinin önünə toplaşıb. Türk bayraqları qaldıran aksiya iştirakçıları Atatürk abidəsinə doğru yürüş edib.

Tuzla rayonunun sakinləri də nümayişçilərə dəstək vermək üçün evlərinin eyvan və pəncərələrindən türk bayraqları asıblar.

"PKK-ya lənət olsun!", "Əsgərə uzanan əllər qırılsın", "Şəhidlər ölməz, vətən bölünməz" kimi şüarlar səsləndirilib. Hakkaridə PKK hücumu zamanı ölən əsgərlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, İstiqlal Marşı səsləndirilib. Təhlükəsizlik tədbirlərinin gücləndirildiyi aksiya insidentsiz başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar