İstanbulda alış-veriş rus pulu ilə olacaq
28 Fevral 2010 Bazar 17:15
Bu yenilik Türkiyəyə gələn Rusiya turistlərinin işini xeyli asanlaşdıracaq
Türkiyədə "Rubl ilə alış-veriş" proqramı start götürüb. Bu o deməkdir ki, bundan sonra İstanbulun bir çox ticarət mərkəzlərində tək YTL və dollarla deyil, həm də Rusiya valyutası ilə alış-veriş etmək mümkün olacaq.

Sözügedən proqramda Rusiya turistlərinə yaxşı tanış olan butik və mağazalar iştirak edir. Həmin dükanlar İstanbulun Osmanbey, Laleli və Merter rayonlarında yerləşir.

Qeyd edək ki, bu ideyanın müəllifi İstanbulun Geyim ixracatçıları Assosiasiyasının sədri Hikmət Tanrıverdidir. Onun fikrincə, bu yenilik Türkiyəyə gələn Rusiya turistlərinin işini xeyli asanlaşdıracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar